Azərbaycan Premyer Liqası: "Turan Tovuz" "Zirə"yə qalib gəlib
Futbol
- 06 oktyabr, 2024
- 15:42
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Premyer Liqasında "Turan Tovuz" "Zirə"ni məğlub edib.
"Report" xəbər verir ki, IX turun növbəti oyununda doğma meydanda paytaxt təmsilçisini qəbul edən Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv minimalhesablı qələbəyə sevinib.
Qarşılaşmanın final fitinə 1 dəqiqə qalmış rəqib qapısına yol tapan Faiq Hacıyev komandasına 3 xal qazandırıb.
Bu qalibiyyət sayəsində xallarının sayını 18-ə çatdıran "Turan Tovuz" turnir cədvəlinin birinci sırasında yer alan "Qarabağ"a şərik olub.
15 xala malik "Zirə" isə dördüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Kəpəz" "Neftçi"ni 4:3, "Səbail" "Şamaxı"nı 2:0 hesabı ilə məğlub edib. "Sabah" - "Araz-Naxçıvan" oyunu isə heç-heçə yekunlaşıb - 1:1.
Son xəbərlər
19:16
Mirzoyan: Bəyan edilən sülh regiondan kənardakı ölkələrə də real fayda gətirməlidir
Region
19:02
Londonda ABŞ səfirliyi qarşısında keçirilən aksiyada 300-dən çox şəxs saxlanılıb
Digər ölkələr
18:43
Foto
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Region
18:30
Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanılıb
Region
18:21
İran Hörmüz boğazının açılması ilə bağlı vasitəçilərlə məsləhətləşmələri davam etdirir
Region
18:06
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Digər ölkələr
17:59
Almaniyada iğtişaşlardan sonra 54 nəfər saxlanılıb
Digər ölkələr
17:43
Rafinya Messinin uğurunu təkrarlayıb
Futbol
17:34
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Region