Azərbaycan Premyer Liqası: "Turan Tovuz" səfərdə "Sumqayıt"a qalib gəlib

Azərbaycan Premyer Liqası: "Turan Tovuz" səfərdə "Sumqayıt"a qalib gəlib Azərbaycan Premyer Liqasının X turunun bağlanış oyununda "Turan Tovuz" səfərdə "Sumqayıt"a qalib gəlib.
Futbol
20 Oktyabr , 2024 21:55
Azərbaycan Premyer Liqası: Turan Tovuz səfərdə Sumqayıta qalib gəlib

Azərbaycan Premyer Liqasının X turunun bağlanış oyununda "Turan Tovuz" səfərdə "Sumqayıt"a qalib gəlib.

"Report" xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan matçda qonaq komanda 4:2 hesablı qələbəyə sevinib.

Görüşdə hesabı 16-cı dəqiqədə qərb təmsilçisindən Alexandro Serrano açıb. 25-ci dəqiqədə Otto Con qonaqların üstünlüyünü iki topa çatdırıb. 1 dəqiqə sonra isə tovuzlular Veysəl Rzayevin sayəsində üçüncü qolu vurub. Meydan sahibləri 32-ci dəqiqədə Nikola Vuynoviçin dəqiq zərbəsi sayəsində fərqi azaltsa da, 78-ci dəqiqədə Aleks Souza "Turan Tovuz"un növbəti qolunu vurub. Yekun hesabı isə "gənclik şəhəri" təmsilçisinin heyətində 87-ci dəqiqədə Kamran Quliyev müəyyənləşdirib.

Bu qələbə sayəsində Kurban Berdıyevin rəhbərlik etdiyi komanda xallarının sayını 21-ə çatdıraraq turnir cədvəlində 2-ci sıraya yüksəlib. "Sumqayıt" isə 7 xalla 9-cu pillədə qalıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" "Kəpəz"i 5:0, "Araz-Naxçıvan" "Şamaxı"nı 1:0, "Neftçi" isə "Səbail"i 3:1 hesabı ilə məğlub edib. "Zirə" - "Sabah" qarşılaşması 1:1 hesabı ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi