Azərbaycan Premyer Liqası: Tura mərkəzi qarşılaşma ilə yekun vurulacaq

Azərbaycan Premyer Liqası: Tura mərkəzi qarşılaşma ilə yekun vurulacaq Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulacaq. "Report"un məlumatına görə, son oyun günündə 2 qarşılaşma baş tutacaq.
Futbol
470
5 Dekabr , 2021 07:30
Azərbaycan Premyer Liqası: Tura mərkəzi qarşılaşma ilə yekun vurulacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulacaq. "Report"un məlumatına görə, son oyun günündə 2 qarşılaşma baş tutacaq.

Günün ilk matçında "Neftçi" 3 oyundur xal qazana bilməyən "Sumqayıt"ı qəbul edəcək. Hazırda paytaxt klubu 20 xalla dördüncü, "gənclik şəhəri" təmsilçisi isə 11 xalla altıncıdır.

İki komanda arasında indiyədək ölkə çempionatında keçirilmiş 36 görüşün 17-də "Neftçi", 12-də "Sumqayıt" qalib gəlib. 7 qarşılaşma heç-heçə ilə başa çatıb.Topların nisbətində də flaqman öndədir - 54:43.

Son 7 qarşılaşmada meydan sahibi komanda qələbə qazanmayıb. “Neftçi” son iki ev matçında eyni - 0:2 hesabı ilə uduzub.

Turun son oyunu Zirədə eyniadlı komanda ilə "Qəbələ" arasında olacaq. 12 turdan sonra 22 xalı olan "Zirə" 2-ci sırada qərarlaşıb. Eyni xala malik "Qəbələ" isə üçüncüdür. Mərkəzi qarşılaşmanı FIFA referisi Elçin Məsiyev idarə edəcək.

Komandalar bunadək Premyer Liqada 24 dəfə üz-üzə gəliblər. Bu matçların 5-i "qartallar"ın, 7-si "qırmızı-qaralar"ın qələbəsi ilə başa çatıb. 12 görüşdə qalib müəyyənləşməyib. Əyalət təmsilçisinin vurduğu 27 qola, paytaxt klubu 21 topla cavab verib.

Son 3 oyunda heç-heçə qeydə alınıb. “Zirə” son iki ev matçında qol buraxmayıb.

Azərbaycan Premyer Liqası

XIII tur

5 dekabr

16:00. “Neftçi” – “Sumqayıt”
Hakimlər:
Vüqar Həsənli, Pərvin Talıbov, Eyyub İbrahimov, Tural Qurbanov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Bakcell Arena”.

18:15. “Zirə” – “Qəbələ”
Hakimlər
: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Kamal Umudlu
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Zirə İdman Kompleksinin stadionu.

Qeyd edək ki, turun açılış matçında "Keşlə" evdə "Səbail"lə 2:2 hesablı heç-heçəyə razılaşıb. Digər oyunda isə "Qarabağ" "Sabah"ı darmadağın edib - 5:1.

Son xəbərlər

Orphus sistemi