Premyer Liqa: "Səbail" "Kəpəz"ə qalib gələrək son pillədən xilas olub

Premyer Liqa: "Səbail" "Kəpəz"ə qalib gələrək son pillədən xilas olub Futbol üzrə Azərbaycan Premyer Liqasının XX turunda üz-üzə gələcək "Səbail" və "Kəpəz"in start heyətləri bəlli olub.
Futbol
31 Yanvar , 2023 20:27
Premyer Liqa: Səbail Kəpəzə qalib gələrək son pillədən xilas olub

Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, "Kəpəz" "ASCO Arena"da "Səbail"in qonağı olub.

Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 77-ci dəqiqədə Franko Mazurek vurub.

Bu qalibiyyətdən sonra xallarını 13-ə çatdıran "dənizçilər" sonuncu pillədən xilas olaraq 9-cu yerə yüksəlib. Əvəzində isə eyni xala malik "sarı-göylər" 10-cu yerə düşüblər.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" evdə "Turan Tovuz"a 2:1, "Qarabağ" isə "Şamaxı"ya 3:1 hesabı ilə qalib gəlib. Tura fevralın 1-də keçiriləcək Qəbələ" - "Sabah" və "Neftçi" - "Zirə" görüşləri ilə yekun vurulacaq.

19:18

"Səbail"in futbolçusu Kizito Luvaqa evdə "Kəpəz"ə qarşı keçirdikləri Azərbaycan Premyer Liqasının XX tur oyununda ciddi zədələnib.

"Report"un məlumatına görə, 24-cü dəqiqədə qonaqların kapitanı Yusif Nəbiyevlə toqquşmadan sonra sifətindən xəsarət alan uqandalı hücumçu meydanı xərəkdə tərk edib. 30 yaşlı forvard ilkin tibbi müdaxilədən sonra təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Afrikalı oyunçunu Samir Abdullayev əvəzləyib.

Qeyd edək ki, hazırda matçda ilk hissə oynanılır və hesab açılmayıb.

17:32

Futbol üzrə Azərbaycan Premyer Liqasının XX turunda üz-üzə gələcək "Səbail" və "Kəpəz"in start heyətləri bəlli olub.

"Report"un məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar.

“Səbail”: 1. Emil Balayev (k) 2. Adil Nağıyev 6. Cabir Əmirli 8. Elmir Tağıyev 11. Qoba Zakpa 99. David Qomis 30. Franko Mazurek 21. Kizito Luvaqa 5. Petro Stasyuk 23. Qustavo de Fransa 4. Maksim Çex

Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev 25. Sadiq Məmmədzadə 14. Rahid Əmirquliyev 10. Ağabala Ramazanov 9. Mirabdulla Abbasov 15. Vüqar Həsənov 17. Rafael Məhərrəmli 55. Nihad Qurbanlı 77. Ədilxan Qarəhmədov 22. Samir Abdullayev 20. Mirəli Əhmədov 27. Emil Martinov Baş məşqçi: Şahin Diniyev

“Kəpəz”: 71. Mario Mustapiç 74. Yusif Nəbiyev (k) 77. Fərid Nəbiyev 2. Zamiq Əliyev 3. Abdulla Rzayev 40. Ahmed Ayzaya 9. Mate Kvirkviya 78. Yeqor Xvalko 7. Giorgi Kantariya 21. Martins Junior 19. Abdullahi Şuaybu

Ehtiyat oyunçular: 68. Orxan Sadıqlı 8. Tural Axundov 80. Tural Rzayev 70. Nicat Süleymanov 14. Elçin Əlicanov 5. İdris İnqilablı 27. Samir Məhərrəmli 97. Nicat Məmmədov 20. Mahir Həsənov 44. Nihat Fərəci 66. Arzu Atakişiyev

Baş məşqçi: Tərlan Əhmədov

Qeyd edək ki, "ASCO Arena"dakı qarşılaşma saat 18:30-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi