Azərbaycan Premyer Liqası: "Sabah" evdə qələbə qazanıb
Futbol
- 25 avqust, 2024
- 16:05
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Premyer Liqasının IV turunda "Sabah" Masazırda "Sumqayıt"ı qəbul edib.
“Report” xəbər verir ki, görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşün 12-ci dəqiqəsində “Sumqayıt” komandası Fernando Da Silvanın qolu ilə hesabı açıb. Ancaq sumqayıtlılar üstünlüyü sona qədər qoruyub saxlaya bilməyib. İlk hissənin bitməsinə 2 dəqiqə qalmış “Sabah”dan Namik Ələskərov hesabı bərabərləşdirməyə nail olub. 54-cü dəqiqədə Pavol Safranko “Sabah”ı hesabda önə çıxarmağı bacarıb. 77-ci dəqiqədə Bakı klubundan Cesse Sekidika fərqi 2 topa çatdırmaqla son nəticəni müəyyənləşdirib.
Qeyd edək ki, tura bu gün keçiriləcək “Zirə” - “Şamaxı” matçı ilə yekun vurulacaq.
Son xəbərlər
15:00
"AccessBank" qadın sahibkarlar üçün "Access2Success" layihəsinə 5-ci dəfə start verir
Maliyyə14:57
Rusiya Ukraynada sərnişin avtobusuna zərbə endirib: 33 nəfər ölüb
Digər ölkələr14:54
Azərbaycanın U-20 millisinin üzvü Əli İbrahim "Olimpiakos" klubunun düşərgəsindədir
Futbol14:54
Foto
Beynəlxalq səyyahların Şuşaya səfəri başa çatıb – YENİLƏNİB
Qarabağ14:48
Belarus Nümayəndələr Palatasının sədri Bakıda AQEM sammitində iştirak edəcək
Xarici siyasət14:33
Dünya çempionatı: Murad Fətiyev yarımfinala yüksəlib - YENİLƏNİB-2
Fərdi14:27
Azərbaycanda "Stop-Kredit" xidməti istifadəyə verilib
Maliyyə14:24
Belarus və Azərbaycan ixrac tədarükünə dair sazişlər imzalayıb
Biznes14:22