Azərbaycan Premyer Liqası: "Qəbələ" 8 illik rekordu təkrarladı

Azərbaycan Premyer Liqası: "Qəbələ" 8 illik rekordu təkrarladı “Qəbələ” Azərbaycan Premyer Liqasının ilk dövrəsində hamıdan çox – 5 heç-heçə edib.
Futbol
641
26 Oktyabr , 2020 10:28
Azərbaycan Premyer Liqası: Qəbələ 8 illik rekordu təkrarladı

“Qəbələ” Azərbaycan Premyer Liqasının ilk dövrəsində hamıdan çox – 5 heç-heçə edib.

"Report" PFL-in saytına istinadən xəbər verir ki, ilk 7 turda bu qədər bərabərliyin qeydə alınması ölkə çempionatları tarixinin rekordunun təkrarıdır.

Bunadək 4 komanda startda belə sülhsevərlik nümayiş etdirib. İlk olaraq 1993/94 mövsümündə "Neftçi" yarışın başlanğıcında 7 oyunundan beşində 1 xal əldə edib. 2006/07 mövsümündə eyni göstəriciyə “Qarabağ” imza atıb. Dörd il sonra “Kəpəz” də startda 5 bərabərlik müəllifi olub. “Qəbələ”dən öncə son belə komanda “Bakı” olub. 8 il öncə -2012/13 mövsümündə “zolaqlılar” ilk 7 matçda 5 dəfə heç-heçə edib.

“Qəbələ” 7 oyunda 5 heç-heçə edib və 2 dəfə məğlub olub.

“Sumqayıt” isə çempionatda 25-ci səfər qələbəsini qazanıb. Bu, VII turun “Sabah”la qarşılaşmasına təsadüf edib. Ayxan Abbasovun başçılıq etdiyi komanda “Bank Respublika Arena”da 2:1 hesabı ilə qalib gəlib.

Sumqayıtın eyniadlı təmsilçisi rəqib meydanlarında 139-cu matçında 25-ci qələbəyə sevinib. Komandanın hesabında 38 heç-heçə və 76 məğlubiyyət də var. “Sumqayıt” ölkə çempionatları tarixində səfərdə 25 və ya daha çox qələbəsi olan 17-ci komanda olub.

Öz meydanında uduzan “Sabah” isə 15-ci ev məğlubiyyətini alıb. Bu, 26-cı görüşə təsadüf edib. Bakılılar evdə 6 qələbə qazanıb və 5 dəfə heç-heçəylə kifayətlənib.

Qeyd edək ki, “Sumqayıt” 2011/12, “Sabah” 2018/19 mövsümündən Premyer Liqada mübarizə aparır.

Son xəbərlər

Orphus sistemi