Azərbaycan Premyer Liqası: "Qarabağ" "Keşlə"ni qəbul edəcək

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Keşlə"ni qəbul edəcək Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start veriləcək.
Futbol
795
19 Noyabr , 2021 07:30
Azərbaycan Premyer Liqası: Qarabağ Keşləni qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start veriləcək.

"Report"un məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.

23 xalla lider olan "Qarabağ" 10 xalla 6-cı sırada gedən "Keşlə"ni qəbul edəcək. Ağdam təmsilçisində cəzalı Filip Ozobiç, zədəli oyunçular Xayme Romero, Qaspar Panadero və bərpa dövrü keçən Bədavi Hüseynov iştirak etməyəcək. Paytaxt klubunda isə Şəhriyar Əliyev cəzalıdır.

Komandalar indiyədək ölkə çempionatlarında 67 dəfə üz-üzə gəliblər. Bunların 31-də "köhlən atlar", 13-də isə "Keşlə" qələbə qazanıb. 23 qarşılaşmada ilə qalib müəyyənləşməyib. Topların fərqində də ağdamlıların üstünlüyü var - 86:43.

Qonaqlar Premyer Liqada rəqibinə qarşı son 12 matçda qalib gələ bilməyib. Meydan sahibləri isə evdəki son iki görüşdən 3 xalla ayrılıb.

Azərbaycan Premyer Liqası, XI tur

19 noyabr (cümə)

19:00. “Qarabağ” – “Keşlə”
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Kamran Bayramov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“Azersun Arena”

Qeyd edək ki, turun "Zirə" - "Səbail" və "Neftçi" - "Sabah" oyunları noyabrın 20-də, "Qəbələ" - "Sumqayıt" qarşılaşması isə noyabrın 21-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi