Azərbaycan Premyer Liqası: "Neftçi" mövsümə çətin qələbə ilə başlayıb
Futbol
- 07 avqust, 2022
- 15:00
Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk turun daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, ötən mövsümün gümüş medalçısı "Neftçi" Şamaxıda eyniadlı komanda ilə üz-üzə gəlib. Şamaxı şəhər stadionundakı qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 80-ci dəqiqədə Emin Mahmudov vurub.
Bu nəticədən sonra "ağ-qaralar" 3 xalla 3-cü pilləyə yüksəliblər. Xalı olmayan bölgə təmsilçisi isə 9-cu pillədə qərarlaşıb.
Günün son görüşündə "Sabah" klubu "Sumqayıt"ı qəbul edəcək.
Qeyd edək ki, turun əvvəlki iki oyununda "Zirə" səfərdə "Kəpəz"i 2:1, "Qarabağ" isə evdə "Səbail"i 3:1 hesabı ilə məğlub edib. Tura avqustun 8-də keçiriləcək "Turan Tovuz" - "Qəbələ" matçı ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası: "Neftçi" mövsümə çətin qələbə ilə başlayıb
Son xəbərlər
07:57
Bakı-Quba yolunda yük avtomobilinin vurduğu piyada ölüb
Hadisə07:51
Foto
Vaşinqtonda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Digər ölkələr07:39
Melaniya Tramp "Fox News"un "İlin vətənpərvəri" mükafatına layiq görülüb
Digər ölkələr07:13
Foto
Nyu-York göydələnləri Azərbaycan bayrağı ilə işıqlandırılıb
Digər ölkələr06:53
Donald Tramp Mərkəzi Asiyanın beş ölkəsi ilə sammitin nəticələrini paylaşıb
Digər ölkələr06:17
"Politico": Trampın ofisi ƏƏYP üzrə müavinətlərin ödənilməsi barədə qərar üzərində işləyir
Digər ölkələr05:52
Foto
Video
Nyu-Yorkda Zəfər Günü münasibətilə məlumatlandırma aksiyası davam edir
Digər ölkələr05:22
Meksika İran kəşfiyyatının İsrail səfirinə qarşı sui-qəsd cəhdi xəbərlərini təkzib edib
Digər ölkələr04:49