Azərbaycan Premyer Liqası: Daha 2 oyunun hakimləri bilindi

Azərbaycan Premyer Liqası: Daha 2 oyunun hakimləri bilindi Azərbaycan Premyer Liqasının V turunun ikinci oyun günündə keçiriləcək qarşılaşmalara hakim təyinatları açıqlanıb.
Futbol
2 Oktyabr , 2020 11:07
Azərbaycan Premyer Liqası: Daha 2 oyunun hakimləri bilindi
Əliyar Ağayev

Azərbaycan Premyer Liqasının V turunun ikinci oyun günündə keçiriləcək qarşılaşmalara hakim təyinatları açıqlanıb.

"Report" AFFA-nın saytına istinadən xəbər verir ki, "Qəbələ" - "Sumqayıt" görüşünü FIFA referisi Əliyar Ağayev, "Zirə" - "Neftçi" matçını isə Elçin Məsiyev idarə edəcək.

3 oktyabr (şənbə)

Azərbaycan Premyer Liqası, V tur

14:00. “Qəbələ” –“Sumqayıt”
Hakimlər:
Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Rəşad Əhmədov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: İlham Əliyev

Qəbələ şəhər stadionu.
 
16:00. “Zirə” – “Neftçi”
Hakimlər:
Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Rəhim Həsənov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Rüfət Əmirov

Zirə İdman Kompleksinin stadionu.

Son xəbərlər

Orphus sistemi