Azərbaycan - Norveç matçının biletləri satışa çıxarılıb

Azərbaycan - Norveç matçının biletləri satışa çıxarılıb Ən ucuz bilet 2 manatdır
Futbol
3 Noyabr , 2014 10:42
Azərbaycan - Norveç matçının biletləri satışa çıxarılıb
Bakı. 3 noyabr. REPORT.AZ/ "Avro-2016"nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da keçiriləcək Azərbaycan - Norveç matçının biletləri satışa çıxarılıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, biletlərə 2,4 və 20 manat qiymət qoyulub.

Biletləri "Bakcell Arena"nın və Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, həmçinin Üzeyir Hacıbəyli küç.48 (metronun Sahil stansiyasının yaxınlığı) ünvanında yerləşən "Bakcell" Müştəri Xidmətləri mərkəzindən əldə etmək mümkündür.

Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Norveç matçı saat 21:00-da başlanacaq.  

Son xəbərlər

Orphus sistemi