Azərbaycan millisinin və klubların həkimləri üçün təlim keçirilib

Azərbaycan millisinin və klubların həkimləri üçün təlim keçirilib AFFA-nın təşkilatçılığı ilə Azərbaycan milli komandalarının və Premyer Liqa klublarının həkimləri üçün ilkin tibbi yardımın göstərilməsi mövzusunda təlim keçirilib.
Futbol
20 Dekabr , 2021 10:05
Azərbaycan millisinin və klubların həkimləri üçün təlim keçirilib

AFFA-nın təşkilatçılığı ilə Azərbaycan milli komandalarının və Premyer Liqa klublarının həkimləri üçün ilkin tibbi yardımın göstərilməsi mövzusunda təlim keçirilib.

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, təlim zamanı klubların tibbi personalına ilkin tibbi yardım üçün zəruri olan avadanlıqlar – defibrilyator, oksigen balonu, FIFA və UEFA-nın tələbləri əsasında komplektləşdirilmiş ilkin tibbi yardım çantaları təqdim olunub.

AFFA-nın baş həkimi Vyaçeslav Xomenko və həkimlərin təlimi üzrə ACLS lisenziyasına malik təlimatçı Nabil Seyidovun rəhbərliyi ilə keçirilən təlimin sonunda imtahan təşkil olunacaq, imtahanı müvəffəqiyyətlə verən iştirakçılara diplomlar veriləcək.

Son xəbərlər

Orphus sistemi