Azərbaycan millisinin sabiq futbolçusu Almaniyada klubsuz qalıb

Azərbaycan millisinin sabiq futbolçusu Almaniyada klubsuz qalıb Onunla müqavilənin müddəti uzadılmayıb
Futbol
5 İyun , 2018 15:12
Azərbaycan millisinin sabiq futbolçusu Almaniyada klubsuz qalıb

Bakı. 5 iyun. REPORT.AZ/ Azərbaycan millisinin sabiq futbolçusu Tuğrul Erat Almaniyada klubsuz qalıb.

“Report”un məlumatına görə, II Bundesliqada çıxış edən “Duysburq” klubu 26 yaşlı sağ cinah müdafiəçisi ilə başa çatan müqavilənin müddətini uzatmayıb. O, 2016-cı ilin iyunundan bu komandanın formasını geyinirdi.

Qeyd edək ki, Tuğrul Erat ilk dəfə 2013-cü ildə Azərbaycanın U-21 yığmasına dəvət alıb. O, növbəti il əsas milliyə çağırılıb və 2 oyuna çıxıb. 

Son xəbərlər

Orphus sistemi