Azərbaycan millisinin sabiq baş məşqçisi ən az qiymətləndirilən futbolçuların siyahısına salınıb

Azərbaycan millisinin sabiq baş məşqçisi ən az qiymətləndirilən futbolçuların siyahısına salınıb Azərbaycan millisinin sabiq baş məşqçisi, xorvatiyalı Robert Prosineçki futbol tarixində ən aşağı qiymət alanların siyahısına salınıb.
Futbol
26 Dekabr , 2024 10:11
Azərbaycan millisinin sabiq baş məşqçisi ən az qiymətləndirilən futbolçuların siyahısına salınıb
Robert Prosineçki

Azərbaycan millisinin sabiq baş məşqçisi, xorvatiyalı Robert Prosineçki futbol tarixində ən az qiymətləndirilən oyunçuların siyahısına salınıb.

"Report" xəbər verir ki, mütəxəssis məşhur "GiveMeSport" portalının hazırladığı siyahıda beşinci yerdə qərarlaşıb.

İlk pillədə Danimarka millisinin keçmiş üzvü Mikael Laudrup yer alıb. O, karyerası ərzində "Yuventus" (İtaliya), "Barselona", "Real" (hər ikisi İspaniya) və "Ayaks"da (Niderland) oynayıb. İkinci yerdə Almaniyanın "Bavariya" klubunun yarımmüdafiəçisi Tomas Müller qərarlaşıb. Üçüncü pillədə isə İngiltərə təmsilçisi "Liverpul"un keçmiş yarımmüdafiəçisi Cordan Henderson yer alıb. İspaniyalı Dani Karvahal dördüncü olub.

Qeyd edək ki, siyahıda digər yerlərdə Frank Riberi (Fransa), Serxio Buskets (İspaniya), George Haci (Rumıniya), Maykl Karrik (İngiltərə) və Rudi Föller (Almaniya) qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi