Bakı. 31 yanvar. REPORT.AZ/ İtaliya və İngiltərənin futbol üzrə milli komandaları arasında yoldaşlıq görüşü keçiriləcək. "Report"un məlumatına görə, qarşılaşma martın 31-də Turindəki "Yuventus" stadionunda təşkil olunacaq.
Bu matçdan 4 gün əvvəl İtaliya Bolqarıstanla, İngiltərə isə Litva ilə Avropa çempionatının seçmə qrup matçında üz-üzə gələcək.
Qeyd edək ki, İtaliya yığması AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alıb.