"Səhvlərdən nəticə çıxarmaq lazımdır".
"Report"un məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin qapıçısı Emin Kürdov səfərdə Qazaxıstana 3:5 hesabı ilə uduzduqları yoldaşlıq oyunundan sonra federasiyanın rəsmi saytına açıqlamasında deyib.
38 yaşlı qolkiper qarşılaşmaya yaxşı başladıqlarını bildirib. "Komandamızda itkilər var. Bəzi oyunçuların sənəd məsələlərində problemlər yaşanıb. Görüşə istədiyimiz heyətlə gələ bilmədik. Amma yaxşı oyun alındı. Birinci hissədə yaxşı çıxış etdik. Eyni rəqiblə bu gün də üz-üzə gələcəyik. İlk matçdan sonra zədələnən oyunçularımız da oldu".
Kürdov Qazaxıstan seçməsinin güclü rəqib olduğunu söyləyib: "Qarşıda dünya çempionatının seçmə mərhələ matçları var. Bunlar bizim üçün çox önəmlidir. Oktyabrın 7-də Bakıda Polşa ilə qarşılaşacağıq. Əsas məsələ qabaqdadır. Azarkeşlərimizdə dəstək gözləyirik".