Azərbaycan millisinin qapıçısı: "Finalda qələbədən başqa nəticə düşünmürük"
Futbol
- 30 may, 2025
- 21:34
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan millisinin qapıçısı Ağaseyid Qasımov minifutbol üzrə dünya çempionatında finala yüksəldikləri üçün xoşbəxt olduğunu bildirib.
"Report"un məlumatına görə, o, bunu Monteneqro ilə oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
Qolkiper qalib gəldikləri qarşılaşmanı şərh edib:
"Çempion olmaq üçün 1 oyun qalıb. Qələbədən başqa bir şey düşünmürük. Dünən keçirdiyimiz İngiltərə ilə matçdan sonra komandada bir az yorğunluq var idi. Bununla belə, işimizin öhdəsindən layiqincə gəldik. Qol vurmaq çox gözəl hissdir. Əsas odur ki, millimiz qalib gəlsin. Hər birimiz bunun üçün çalışırıq".
Qeyd edək ki, Azərbaycan yığması yarımfinalda Monteneqroya 2:1 hesabı ilə qalib gələrək həlledici mərhələyə yüksəlib.
Вратарь сборной Азербайджана: Мы думаем только о победе в финале
Azerbaijan national team goalkeeper: 'We are thinking only about winning finals'
Son xəbərlər
04:44
Berlin polisi Bavariyanın iqtisadiyyat nazirinin ölümünü təsdiqləyib
Digər ölkələr
04:10
Hakim Cefris ABŞ Nümayəndələr Palatasının spikeri vəzifəsinə namizədliyini irəli sürüb
Digər ölkələr
03:54
İsveçrə Rusiyaya və Belarusa qarşı yeni sanksiyalar tətbiq edib
Digər ölkələr
03:22
Kuşner: Tramp administrasiyası Avropada təhlükəsizlik arxitekturasının yaradılması üzərində işləyir
Digər ölkələr
02:59
"Vikinq"in baş məşqçisi Aarsheym: "Futbolçularım adlarını klubun tarixinə yazdırdılar"
Futbol
02:48
Valdas Dambrauskas: "Norveçə çox yaxşı səviyyədə hazırlaşaraq gəlmişdik"
Futbol
02:47
Fransada aksiyaların təhlükəsizliyini 70 min hüquq-mühafizə əməkdaşı təmin edəcək
Digər ölkələr
02:21
Səudiyyə Ərəbistanı və Suriya müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayıb
Digər ölkələr
02:00
Foto
Çempionlar Liqası: "Mançester Siti" çətin qələbə qazanıb, "Komo" səfərdə 9 qolla qalib gəlib
Futbol