Azərbaycan millisinin qapıçısı: "Əlimizdən gələn bu idi"

Azərbaycan millisinin qapıçısı: "Əlimizdən gələn bu idi" İstəkli idik. Çalışdıq, əlimizdən gələn bu idi. İstəyimiz alınmadı.
Futbol
109
10 Sentyabr , 2019 23:51
Azərbaycan millisinin qapıçısı: Əlimizdən gələn bu idi

"İstəkli idik. Çalışdıq, əlimizdən gələn bu idi. İstəyimiz alınmadı".

"Report" xəbər verir ki, bu fikirləri Azərbaycanın U-21 millisinin qapıçısı Kamran İbrahimov Gürcüstana uduzduqları (0:3) AVRO-2021-in seçmə oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

Qarşılaşmada xəsarət alaraq meydanı tərk edən 20 yaşlı qolkiper zədəsinin ciddi olmadığını vurğulayıb: "Oyun vaxtı isti-isti idi. Barmağımı tərpədə bilmirdim. Komandaya kömək edə bilməyəcəyim üçün əvəzləndim".

İbrahimov komanda yoldaşı Hacıağa Hacılının haqsız yerə meydandan qovulduğunu söyləyib: "Onun aldığı birinci sarı vərəqə düzgün deyildi. Hakim hər qayda pozuntusuna sarı vərəqə verirdi. Qırmızı vərəqənin matça yetərincə təsiri oldu".

Son xəbərlər

Orphus sistemi