Azərbaycan millisinin legionerinin səhhətində problem yaranıb

Azərbaycan millisinin legionerinin səhhətində problem yaranıb Eddi İsrafilovun ürək-damar sisteminin müalicəsinə başlanılıb
Futbol
25 Yanvar , 2018 10:55
Azərbaycan millisinin legionerinin səhhətində problem yaranıb

Bakı. 25 yanvar. REPORT.AZ/ Hazırda İspaniyanın "Ximnastik" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun səhhətində problem yaranıb.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 26 yaşlı yarımmüdafiəçi akromiyoklavikulyar dislokasiyaya (çiyin oynağı ilə bağlı problem) məruz qalıb. Onun zədəsinin bərpası və ürək-damar sisteminin müalicəsinə başlanılıb. Futbolçunun yaxın həftələr ərzində yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb.

Qeyd edək ki, Azərbaycan millisi yanvarın 30-da Türkiyənin Antalya bölgəsində Gürcüstan yığması ilə yoldaşlıq görüşündə üz-üzə gələcək. 

Son xəbərlər

Orphus sistemi