Azərbaycan millisinin iki futzalçısı Bosniya və Herseqovinaya qarşı oynamayacaq

Azərbaycan millisinin iki futzalçısı Bosniya və Herseqovinaya qarşı oynamayacaq Azərbaycan milli komandasının karantinə alınmış futzalçıları yenidən COVID-19 testindən keçib.
Futbol
584
29 Yanvar , 2022 13:55
Azərbaycan millisinin iki futzalçısı Bosniya və Herseqovinaya qarşı oynamayacaq

Azərbaycan milli komandasının karantinə alınmış futzalçıları yenidən COVID-19 testindən keçib.

Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Emin Kürdov və Xətai Bağırovda nəticə pozitiv çıxıb. Onlar bugünkü matçda iştirak etməyəcəklər və 7 gün karantində qalacaqlar.

Həkim Fuad Səfərov və məşqçi Ağakərim Həsənovla bağlı sənədləşmə isə düzgün aparılmayıb. Nəticədə onlardan yenidən PCR test götürülüb.

Qeyd edək ki, Azərbaycan millisi bu gün Bosniya və Herseqovina ilə üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi