Azərbaycan millisinin hücumçusu yenidən zədələnib

Azərbaycan millisinin hücumçusu yenidən zədələnib "Sumqayıt" klubunun və Azərbaycan milli komandasının futbolçusu Əli Qurbani yenidən zədələnib.
Futbol
17 Oktyabr , 2021 18:16
Azərbaycan millisinin hücumçusu yenidən zədələnib

"Sumqayıt" klubunun və Azərbaycan milli komandasının futbolçusu Əli Qurbani yenidən zədələnib.

"Report"un məlumatına görə, bu, cənubi azərbaycanlı hücumçunun bərpa olunduqdan sonra "Neftçi" ilə Premyer Liqanın VII tur matçına təsadüf edən ilk görüşündə baş verib.

77-ci dəqiqədə qonaq komandanın müdafiəçisi Voislav Stankoviçlə toqquşan Qurbani yerdə qalıb. Duzindən xəsarət alan forvard həkimlərin müdaxiləsinə baxmayaraq, oyunu davam etdirə bilməyib.

Nəticədə əvəzlənməli olan Qurbani yerini Səid Rzaya verib.

Qerd edək ki, Əli Qurbani 3 həftəlik zədədən yenicə bərpa olunmuşdu.

Son xəbərlər

Orphus sistemi