Azərbaycan millisinin hücumçusu: "Aşağı liqaya düşməyə layiqik"

Azərbaycan millisinin hücumçusu: "Aşağı liqaya düşməyə layiqik" "Bu mövsüm evdə çox xal qazana bilmədik. Ona görə hamımız güzgüyə baxmalı və deməliyik: Biz aşağı liqaya düşməyə layiqik"
Futbol
11 Aprel , 2022 16:05
Azərbaycan millisinin hücumçusu: Aşağı liqaya düşməyə layiqik

"Bu mövsüm evdə çox xal qazana bilmədik. Ona görə hamımız güzgüyə baxmalı və deməliyik: Biz aşağı liqaya düşməyə layiqik".

"Report" xəbər verir ki, bunu Almaniyanın "Ertsgebirge" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov "Hannover”ə 1:3 hesabı ilə uduzduqları II Bundesliqanın XXIX tur oyunundan sonra "Tag24"ə açıqlamasında deyib.

32 yaşlı hücumçu azarkeşlərin etimadını doğrulda bilmədiklərini söyləyib: "Hər zaman bizə inanan fanatlara görə məyusam. Bu, çox ağırdır".

Qeyd edək ki, "Ertsgebirge" 29 oyundan sonra 19 xalla sonuncu - 18-ci pillədə qərarlaşıb. Komanda sona 5 tur qalmış 16-cı sıradakı "Zandhauzen"dən 15 xal, hazırda 16-cı olan və pley-offda iştiraka ən real namizəd olan "Dinamo" (Drezdən) klubundan 9 xal geridədir.

Son xəbərlər

Orphus sistemi