Azərbaycan millisinin futzalçısı: "AVRO-2026-nın əsas mərhələsində qarşıya qrupdan çıxmaq hədəfi qoyulub"

Azərbaycan millisinin futzalçısı: "AVRO-2026-nın əsas mərhələsində qarşıya qrupdan çıxmaq hədəfi qoyulub" AVRO-2026-nın əsas mərhələsində qarşıya qrupdan çıxmaq hədəfi qoyulub.
Futbol
27 Dekabr , 2024 15:11
Azərbaycan millisinin futzalçısı: AVRO-2026-nın əsas mərhələsində qarşıya qrupdan çıxmaq hədəfi qoyulub

AVRO-2026-nın əsas mərhələsində qarşıya qrupdan çıxmaq hədəfi qoyulub.

Bunu "Report"a açıqlamasında Azərbaycan futzal millisinin üzvü Xəzər Ağalızadə komandanın AVRO-2026-nın əsas mərhələsində İsveçə qarşı matç barədə danışarkən deyib.

O, qrupdan çıxmaq şanslarını dəyərləndirib:

“İsveçə qarşı oyun əla keçdi. Üstünlük bizdə idi. 10 dəqiqədən sonra təcrübə sözünü dedi. Müəyyən səhvlər üzündən iki qol buraxdıq. Qrupdan çıxmaq şansımız var. Hətta şansımızın çox olduğunu deyərdim. Düzdür, Xorvatiya millisi həm təcrübə, həm də güc baxımından bizi üstələyir. Amma İsveç və Yunanıstanla başabaş oynamaq olar. Qarşıya qrupdan çıxmaq hədəfi qoyulub. isveç - Yuanıstan matçına baxmışıq. Həmçinin Xorvatiya millisini də izləmişik, qrupun favoriti sayılır. Dünya çempionatında özlərini yaxşı tərəfdən göstərmişdilər. Ancaq özümüzə inanmalıyıq, çünki şansımız var”.

"Araz-Naxçıvan"ın formasını geyinən futzalçı komandanın Azərbaycan çempionatına uğursuz başlamasına da toxunub:

“Səbəbini deyə bilmərəm. Amma komanda ötən il də ilk oyunlarda uğursuzluqlarla üzləşmişdi. Təssüf ki, bu il də belə oldu. Turnir cədvəlində vəziyyətimiz yaxşı deyil, “Neftçi” və “Baku Fire” ilə oyunlarda xal itirsək, işimiz bir qədər də çətinləşəcək və çempionluq şansımızı itirəcəyik. Yəqin ki, yanvardan hər şey yoluna düşər. Ümid edirəm ki, sonda çempionluq titulunu qoruyacağıq”.

Son xəbərlər

Orphus sistemi