Azərbaycan millisinin futbolçusunun komandası "Qalatasaray"ı məğlub edib - VİDEO

Azərbaycan millisinin futbolçusunun komandası "Qalatasaray"ı məğlub edib - VİDEO Deniz Yılmaz 14-cü dəqiqədə əlverişli fürsəti boşa verib
Futbol
10 Aprel , 2018 00:29
Azərbaycan millisinin futbolçusunun komandası Qalatasarayı məğlub edib - VİDEO

Bakı. 10 aprel. REPORT.AZ/ Futbol üzrə Türkiyə Super Liqasında XXVIII turun son görüşü "Gənclərbirliyi" və "Qalatasaray" komandaları arasında keçirilib.

"Report"un məlumatına görə, Ankaradakı 19 may stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.

Yeganə qolu 90+2-ci dəqiqədə Alper Uludağ vurub. Qalib komandanın start heyətində Azərbaycan millisinin hücumçusu Deniz Yılmaz da yer alıb. O, 61-ci dəqiqəyədək meydanda olub. Yılmaz 14-cü dəqiqədə əlverişli fürsəti boşa verib. O, təkbətək qaldığı "Qalatasaray"ın qapıçısı Fernando Musleranı keçsə də, müvazinətini itirib və istədiyi zərbəni vura bilməyib.

Bu qələbə sayəsində xallarını 30-a çatdıran "Gənclərbirliyi" 15-ci pilləyə yüksəlib. "Qalatasaray" isə 57 xalla 2-cidir və lider "Başakşehir"dən 2 xal geri qalır.

Son xəbərlər

Orphus sistemi