Azərbaycan millisinin futbolçusunun çıxış etdiyi klub baş məşqçisini istefaya göndərib

Azərbaycan millisinin futbolçusunun çıxış etdiyi klub baş məşqçisini istefaya göndərib 50 yaşlı mütəxəssisin 2020-ci ilə qədər olan müqaviləsinə xitam verib
Futbol
27 Fevral , 2018 12:04
Azərbaycan millisinin futbolçusunun çıxış etdiyi klub baş məşqçisini istefaya göndərib

Bakı. 27 fevral. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarovun çıxış etdiyi Almaniyanın “Ertsebirge Aue” komandasının baş məşqçisi Tomas Letş istefaya göndərilib.

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, II Bundesliqada mübarizə aparan Aue təmsilçisi qarşılıqlı razılaşma əsasında 50 yaşlı mütəxəssisin 2020-ci ilə qədər olan müqaviləsinə xitam verib.

Qeyd edək ki, Tomas Letş iyunda Domeniko Tedeskonun "Şalke"nin sükanı arxasına keçməsindən sonra “Ertsebirge”nin baş məşqçisi təyin olunub. Auelilər 24 turdan sonra 28 xalla 14-cü pillədə qərarlaşıblar.

Son xəbərlər

Orphus sistemi