Bakı. 29 noyabr. REPORT.AZ/ Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov ili erkən başa vurub.
“Report” “Münstersche Zeitung” portalına istinadən xəbər verir ki, Almaniyanın “Proyssen” komandasının formasını geyinən 27 yaşlı hücumçu III liqanın 16-cı turunda Braunşveyq “Ayntraxt”ını 3:0 hesabı ilə məğlub etdikləri görüşdə zədələnib.
Matça 69-cu dəqiqədə əvəzetmədən daxil olan Dadaşovun bud əzələsində problem yaranıb. Forvard oyunu başa vura bilsə də, onun ən azı 3 həftə meydana çıxa bilməyəcəyi gözlənilir. O, Azərbaycan millisinin Farer adaları və Kosovo ilə görüşlərindən sonra klubunun düşərgəsinə yüngül zədə ilə qayıtmışdı.
Qeyd edək ki, hazırda 29 xalla 2-ci pillədə qərarlaşan “Proyssen”in qış fasiləsinə qədər liqada 4 oyunu qalıb. Münster təmsilçisi “Halleşer”, “Tsvikkau” və “Fortuna” ilə evdə, “Karlsrue” ilə isə səfərdə qarşılaşacaq.