Azərbaycan millisinin futbolçularına mükafat Litva yığması ilə heç-heçəyə görə verilib

Azərbaycan millisinin futbolçularına mükafat Litva yığması ilə heç-heçəyə görə verilib AFFA Azərbaycan millisinin futbolçularına mükafatı Litva yığması ilə yoldaşlıq matçındakı heç-heçəyə görə verib.
Futbol
27 Mart , 2019 15:47
Azərbaycan millisinin futbolçularına mükafat Litva yığması ilə heç-heçəyə görə verilib

AFFA Azərbaycan millisinin futbolçularına mükafatı Litva yığması ilə yoldaşlıq matçındakı heç-heçəyə görə verib.

Bu barədə "Report"a Assosiasiyanın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla bildirib.

Onun sözlərinə görə, komanda üzvləri mükafatı AVRO-2020-nin seçmə mərhələsinin I turunda səfərdə Xorvatiya yığmasına 1:2 hesablı məğlubiyyətlə əlaqədar almayıblar: "Futbolçular AFFA-dan əlavə maaş almırlar. Yığmanın qələbə və heç-heçə ilə başa çatan matçlarından sonra oyunçulara mükafat verilir. Bu da normaldır".

Qeyd edək ki, Azərbaycan millisi növbəti oyunlarını iyunda AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirəcək. Yığma ayın 8-də Macarıstan, 11-də isə Slovakiyanı qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi