Azərbaycan millisinin baş məşqçisi: "Polşa ilə oyun bizim üçün vacibdir"

Azərbaycan millisinin baş məşqçisi: "Polşa ilə oyun bizim üçün vacibdir" "Hazırlığa dünən başlamışıq. Tam heyət yığışmayıb. Polşa ilə oyun bizim üçün vacibdir".
Futbol
4 Oktyabr , 2022 17:57
Azərbaycan millisinin baş məşqçisi: Polşa ilə oyun bizim üçün vacibdir

"Hazırlığa dünən başlamışıq. Tam heyət yığışmayıb. Polşa ilə oyun bizim üçün vacibdir".

"Report"un məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva Polşa və Yunanıstana qarşı keçirəcəkləri dünya çempionatının əsas seçmə oyunlarından əvvəl jurnalistlərə açıqlamasında deyib.

Braziliyalı mütəxəssis ilk qarşılaşmaya yaxşı hazırlaşmaq üçün maksimum çalışacaqlarını bildirib: "Qarşımıza ən çətin vəzifə qoyulub. Qrup mərhələsinə Polşaya qarşı görüşlə başlamaq istəməzdik. Rəqib güclü heyətə malikdir. Amma püşk belə gətirdi. Polşanın aktivində artıq 3 xal var, Yunanıstana qalib gəliblər. İntizamlı kollektivdir. Qarşıdakı iki oyundan maksimum nəticə əldə etməyə çalışacağıq".

Da Silva Polşanın inkişafda olan komanda olduğunu diqqətə çatdırıb: "Taktiki baxımdan necə oynamalı olduğunu yaxşı bilirlər. Bu gün zəif rəqib yoxdur. Hamı xal qazanmaq istəyir. Bununla belə, bütün komandalar Azərbaycana hörmət edir".

Onun sözlərinə görə, heyətlə bağlı əsas problem futzalçıların bir yerdə hazırlaşa bilməməsidir: "Eduardo Borges və Ramiz Çovdarov zədəlidir. Xətai Bağırov və İsa Atayev Belçikada oynayır. Bakıya gəlmək üçün sənədləşmə ilə bağlı problem var idi. Artıq həllini tapıb və sabah komandaya qoşulacaqlar. Fineo De Araujoun isə yüngül zədəsi var".

Baş məşqçi yığmanın əsas qapıçısı Röpvşən Hüseynli ilə arasında kiçik anlaşmazlıq olduğunu etiraf edib: "Ciddi bir şey baş verməyib Gördüyünüz kimi, komanda ilə hazırlıqda iştirak edir. Hazırda hər ikimiz üçün önəmli olan Azərbaycan bayrağı və əynimizdəki formadır".

Qeyd edək ki, oktyabrın 7-də Polşanı qəbul edəcək Azərbaycan millisi, 4 gün sonra Yunanıstanın qonağı olacaq.

Son xəbərlər

Orphus sistemi