Azərbaycan millisindən təklif alan baş məşqçi istefaya göndərilib

Azərbaycan millisindən təklif alan baş məşqçi istefaya göndərilib Saffet Suşiç Bosniya və Herseqovina millisi ilə vidalaşıb
Futbol
18 Noyabr , 2014 09:52
Azərbaycan millisindən təklif alan baş məşqçi istefaya göndərilib

Bakı. 18 noyabr. REPORT.AZ/ Futbol üzrə Bosniya və Herseqovina milli komandasının baş məşqçisi Saffet Suşiç istefaya göndərilib. "Report"un Bosniya və Herseqovina Futbol İttifaqının rəsmi saytına istinadən verdiyi məlumata görə, buna yığmanın AVRO-2016-nın seçmə qrup mərhələsində qeyri-qənaətbəxş çıxışı səbəb olub. 

Suşiçin rəhbərliyi altında son matçda bosniyalılar səfərdə İsrailə böyük hesabla uduzublar. 4 turdan sonra bu komandanın hesabında cəmi 2 xal var.

Qeyd edək ki, Saffet Suşiç Bosniya və Herseqovina millisinə 2009-cu ildə başçılıq edib. O, yığmanı DÇ-2014-ün final mərhələsinə çıxarıb. Hələ yığmada çalışdığı vaxt təcrübəli mütəxəssisin Azərbaycan millisindən təklif aldığı bildirilirdi. Lakin həmin vaxt Suşiç təklifdən imtina etdiyini açıqlamışdı.

Son xəbərlər

Orphus sistemi