Azərbaycan millisi üzvünün qırmızı vərəqə aldığı oyunda qalmaqal baş verib

Azərbaycan millisi üzvünün qırmızı vərəqə aldığı oyunda qalmaqal baş verib Azərbaycan milli komandasının futbolçusu Eddi İsrafilovun çıxış etdiyi Albasete klubunun İspaniya Sequndasında Rayo Valyekano ilə XX turun səfər matçı yarımçıq qalıb.
Futbol
16 Dekabr , 2019 01:30
Azərbaycan millisi üzvünün qırmızı vərəqə aldığı oyunda qalmaqal baş verib

Azərbaycan milli komandasının futbolçusu Eddi İsrafilovun çıxış etdiyi "Albasete" klubunun İspaniya Sequndasında "Rayo Valyekano" ilə XX turun səfər matçı yarımçıq qalıb.

"Report"un məlumatına görə, buna qonaq komandanın futbolçusu Roman Zozulyanın azarkeşlərin təhqirlərinə məruz qalması səbəb olub. 

İlk yarının gedişində meydan sahiblərinin azarkeşləri ukraynalı hücumçunun ünvanına təhqiramiz ifadələr səsləndirməyə başlayıblar. Onlar "Zozulya, sən nasistsən", - deyə qışqırıblar. İnsident üzündən referi matçı bir neçə dəqiqəlik dayandırıb. Stadionda elan olunub ki, şüarlar dayandırlmasa, oyun dayandırılacaq.

Fasilədən sonra isə "Albasete" futbolçuları komanda yoldaşlarına dəstək əlaməti olaraq, ikinci hissəyə çıxmayıblar. Belə qərarı klub rəhbərliyi qəbul edib. Stadionda qarşılaşmanın sonadək oynanılmayacağı elan olunub.

Qeyd edək ki, oyuna start heyətdə daxil olmuş Eddi İsrafilov 45+4-cü dəqiqədə qırmızı vərəqə alıb.

Son xəbərlər

Orphus sistemi