Azərbaycan millisi seçmə mərhələni məğlubiyyətlə başa vurub

Futbol
  • 12 aprel, 2022
  • 14:51
Azərbaycan millisi seçmə mərhələni məğlubiyyətlə başa vurub

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin ikinci raundunda mübarizəni dayandırıb.

"Report"un məlumatına görə, B liqasında çıxış edən yığma I qrupdakı son oyununda Şimali İrlandiya seçməsi ilə qarşılaşıb.

Larn şəhərindəki "İnver Park" stadionunda baş tutan görüş rəqibin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 34-cü dəqiqədə Çora Çambers vurub.

Bu nəticədən sonra xallarını 7-y' çatdıran Şimali İrlandiya qrupu lider kimi başa vurub.Eyni xala malik Malta 2-ci, 3 xalı olan Azərbaycan millisi 3-cü yeri tutub. Xalı olmayan Farer adaları isə sonuncu olub.

Qeyd edək ki, Azərbaycan yığması qrupdakı ilk oyunda Farer adalarına 2:0 hesabı ilə qalib gəlsə də, növbəti qarşılaşmada Maltaya uduzub - 1:2.