Azərbaycan millisi San-Marino ilə oyunöncəsi son məşqinə çıxıb - FOTO

Azərbaycan millisi San-Marino ilə oyunöncəsi son məşqinə çıxıb - FOTO Məşq oyunun keçiriləcəyi Olimpiya Stadionunda baş tutub
Futbol
3 Sentyabr , 2016 22:03
Azərbaycan millisi San-Marino ilə oyunöncəsi son məşqinə çıxıb - FOTO

San-Marino. 3 sentyabr. REPORT.AZ/ DÇ-2018-in seçmə mərhələsində San-Marino yığmasının qonağı olacaq futbol üzrə Azərbaycan millisi oyunöncəsi son məşqinə çıxıb.

"Report"un San-Marinoya ezam olunmuş əməkdaşının məlumatına görə, millinin son məşqi oyunun keçiriləcəyi Olimpiya Stadionunda baş tutub.

Mətbuat nümayəndələri üçün ilk 15 dəqiqəsi açıq olan məşqə baş məşqçi Robert Prosineçki futbolçuların isinmə hərəkətləri ilə start verib. Ardınca yığma üzvləri toplu çalışmalarla davam edib.

Millinin məşqini AFFA-nın baş katibi Elxan Məmmədov, İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov və AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov da izləyib. Məşq zamanı "Milli dəstə" azarkeş qrupu da komandaya öz şüarları ilə dəstək olub.

Millinin məşqindən öncə isə meydan sahibləri son çalışmalarını yerinə yetiriblər. Baş məşqçi Pyer Ancelo Mandzaroli komandanı oyunun keçiriləcəyi stadionda deyil, təxminən 200 metr uzaqlıqda yerləşən meydançada hazırlayıb. İlk olaraq komanda üzvləri San-Marino Futbol Federasiyasının prezidenti Corco Kreşentini ilə görüşüb. Bu məşqin də ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub.

Son xəbərlər

Orphus sistemi