Azərbaycan millisi növbəti məşqini keçirib - FOTOREPORTAJ

Azərbaycan millisi növbəti məşqini keçirib - FOTOREPORTAJ Futbol üzrə Azərbaycan milli komandası AVRO-2020-nin seçmə mərhələsində Macarıstan və Slovakiya ilə oyunların hazırlıqlarını davam etdirir.
Futbol
124
3 İyun , 2019 20:24
Azərbaycan millisi növbəti məşqini keçirib - FOTOREPORTAJ
Report

Futbol üzrə Azərbaycan milli komandası AVRO-2020-nin seçmə mərhələsində Macarıstan və Slovakiya ilə oyunların hazırlıqlarını davam etdirir. 

"Report"un məlumatına görə, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv "Dalğa Arena"da məşqə çıxıb. Hazırlıq prosesində yalnız Rusiyanın "Krılya Sovetov" klubunda çıxış edən hücumçu Ramil Şeydayev iştirak etməyib. 

Qazaxıstanın "Tobol" komandasının formasını geyinən qapıçı Emil Balayev isə bu gün düşərgəyə qoşulub. 

Qeyd edək ki, Azərbaycan millisi iyunun 8-də Macarıstan, iyunun 11-də Slovakiya yığması ilə qarşılaşacaq. Hər iki görüş "Bakcell Arena"da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi