Azərbaycan millisi Millətlər Liqasının oyunu üçün Farer adalarına yollanıb

Azərbaycan millisi Millətlər Liqasının oyunu üçün Farer adalarına yollanıb Bakı. 9 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandası Farer adaları ilə keçirəcəyi UEFA Millətlər Liqasının III tur oyunu üçün səfərə çıxıb.
Futbol
9 Oktyabr , 2018 17:55
Azərbaycan millisi Millətlər Liqasının oyunu üçün Farer adalarına yollanıb

Bakı. 9 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandası Farer adaları ilə keçirəcəyi UEFA Millətlər Liqasının III tur oyunu üçün səfərə çıxıb. 

“Report” xəbər verir ki, komanda Heydər Əliyev Beynəlxalq Hava Limanından Danimarkanın paytaxtı Kopenhagenə gedib oradan Farer adalarının paytaxtı Torshavana uçacaq.

Təyyarədə milli komanda ilə yanaşı, AFFA-nın I vitse-prezidenti Rauf Əliyev, İcraiyyə Komitəsinin üzvləri - Vaqif Sadıqov və İsgəndər Sadıqov yer alıblar.

Qeyd edək ki, oktyabrın 11-də “Torsvollur” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Son xəbərlər

Orphus sistemi