Azərbaycan millisi ilə oyun üçün Avstriya yığmasına 16 ehtiyat futbolçu açıqlanıb

Azərbaycan millisi ilə oyun üçün Avstriya yığmasına 16 ehtiyat futbolçu açıqlanıb AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan və Estoniya milliləri ilə keçiriləcək oyun üçün Avstriya yığmasında 16 ehtiyat futbolçu açıqlanıb.
Futbol
15 mart 2023 08:44
Azərbaycan millisi ilə oyun üçün Avstriya yığmasına 16 ehtiyat futbolçu açıqlanıb

AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan və Estoniya milliləri ilə keçiriləcək oyuna Avstriya yığması üçün 16 ehtiyat futbolçu açıqlanıb.

“Report”un yerli mətbuata istinadən məlumatına görə, baş məşqçi Ralf Ranqnik mümkün zədə və başqa səbəbləri nəzərə alaraq, bu addımı atmaq qərarına gəlib.

Almaniyalı mütəxəssis 3 qapıçı, 7 müdafiəçi, 5 yarımmüdafiəçi və 1 hücumçunun hər an milliyə çağırılma ehtimalı ilə hazır olmasını istəyib.

Həmin oyunçular aşağıdakılardır:

Qapıçılar: Daniel Baçmann (“Uotford”, İngiltərə), Martin Fraysl (“Arminiya”, Almaniya), Patrik Pentz (“Bayer”, Almaniya)

Müdafiəçilər: Flavius Daniliuç (“Salernitana”, İtaliya), Marko Fridl (“Verder”, Almaniya), Kristof Klarer (“Fortuna”, Almaniya), Stefan Layner (“Borussiya”, Mönhenqladbax, Almaniya), Leopold Kverfeld (“Rapid”, Vyana), Kristofer Trimmel (“Union”, Berlin, Almaniya), Andreas Ulmer (“Zalsburq”)

Yarımmüdafiəçilər: Muhammed Çam (“Klermon”, Fransa), Florian Qrillitş (“Ayaks”, Niderland), Romano Şmid (“Verder”, Almaniya), Hannes Volf (“Borussiya”, Mönhenqladbax, Almaniya), Mattias Seydl (“Blau-Vays”)

Hücumçu: Oliver Strunz (“Rapid”, Vyana)

Qeyd edək ki, Avstriya seçməsi martın 24-də Azərbaycan, 27-də isə Estoniya millisini Linz şəhərində qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi