Bakı. 17 mart. REPORT.AZ/ Azərbaycan milli komandasının Almaniya yığması ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçı üçün heyəti açıqlanıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Robert Prosineçki 26 oyunçuya dəvət göndərib.
Onlardan 8-i əcnəbi klublarda çıxış edir. Xorvatiyalı mütəxəssis yerli klublardan "Qarabağ"ın 7, "Qəbələ"nin 5, "Neftçi" və "Zirə"nin hərəyə 2, "İnter" və AZAL-ın hərəyə 1 oyunçusunu yığmaya çağırıb. Zədəli Səlahət Ağayevin yoxluğunda autsayder AZAL-ın qapıçısı Aqil Məmmədov milliyə dəvət alıb. İlk dəfə əsas komandaya çağırılan futbolçu isə Almaniya "Ayntraxt"ında forma geyinən Renat Dadaşovdur.
Martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:00-da başlanacaq.
SOYAD, AD | KLUB |
Kamran Ağayev | Boavişta (Portuqaliya) |
Anar Nəzirov | Zirə |
Aqil Məmmədov | AZAL |
Tərlan Quliyev | İnter |
Bədavi Hüseynov | Qarabağ |
Rəşad Sadıqov | Qarabağ |
Maksim Medvedev | Qarabağ |
Pavel Paşayev | Stal (Ukrayna) |
Maqomed Mirzabekov | Qəbələ |
Ürfan Abbasov | Qəbələ |
Ruslan Abışov | Neftçi |
Rahid Əmirquliyev | Qarabağ |
Qara Qarayev | Qarabağ |
Dmitri Nazarov | Aue (Almanya) |
Eddi İsrafilov | Kadis (İspaniya) |
Emin Mahmudov | Boavişta (Portuqaliya) |
Elvin Məmmədov | Zirə |
Cavid Hüseynov | Qəbələ |
Araz Abdullayev | Qəbələ |
Əfran İsmayılov | Qarabağ |
Ağabala Ramazanov | Qarabağ |
Ruslan Qurbanov | Qəbələ |
Namik Ələskərov | Neftçi |
Ramil Şeydayev | Jilina (Slovakiya) |
Renat Dadaşov | Ayntraxt (Almanya) |
Deniz Yılmaz | Bursaspor (Türkiyə) |