Azərbaycan milli komandası FIFA reytinqində irəliləyib
Futbol
- 25 oktyabr, 2018
- 08:14
Bakı. 25 oktyabr. REPORT.AZ/ FIFA dünya yığmalarının yeni reytinq siyahısını açıqlayıb.
"Report" xəbər verir ki, Azərbaycan millisi ötən ayla müqayisədə 1 pillə irəliləyib.
Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv hazırda 1207 xalla 107-ci pillədə qərarlaşıb.
UEFA Millətlər Liqasında D Liqasının 3-cü qrupundakı rəqiblərdən Kosovo yığması 1 pillə irəliləyərək 1099 xalla 137-ci yeri tutub. Malta isə öz mövqeyini qoruyaraq 927 xalla 183-cü yerdədir. Farer adaları isə 3 pilllə geriləyib. Komanda 1251 xalla 95-cidir.
FIFA-nın reytinq siyahısına 1733 xalla Belçika başçılıq edir. Fransa 1732 xalla ikinci, Braziliya isə 1669 xalla üçüncüdür.
Türkiyə yığmasının reytinqdə mövqeyi dəyişməyib. Qonşu ölkə 1449 xalla 38-cidir.
Son xəbərlər
12:54
Foto
Ceyhun Bayramov Abbas Əraqçi ilə görüşüb - YENİLƏNİB
Xarici siyasət12:52
Azərbaycanda damazlıq heyvanların idxal rüsumu üzrə azad olunmaları 125 % artıb
Biznes12:46
"Qarabağ"ın U-19 komandasının "Ayaks"la matçının təyinatları bəlli olub
Futbol12:46
Sabah Bakı və Abşeronda leysan yağacaq
Ekologiya12:45
AMEA-nın arxivində "Divanü Lüğat-it-Türk" əsərinin əlyazması və tərcüməsi aşkarlanıb
Elm və təhsil12:44
Zelenski ABŞ ilə dialoqun gedişi və sülh planı ilə bağlı məlumatlandırılacaq
Digər12:40
Moldova-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri dəyişib
Xarici siyasət12:40
Anar Əliyev: "Postmüharibə dövründə orta aylıq pensiya 2,6 dəfə, orta aylıq əməkhaqqı 2 dəfə artıb"
Maliyyə12:37