Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində ikinci oyununu keçirəcək

Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində ikinci oyununu keçirəcək Bu gün futbol üzrə Azərbaycan milli komandası AVRO-2020 seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Futbol
8 İyun , 2019 07:00
Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində ikinci oyununu keçirəcək

Bu gün futbol üzrə Azərbaycan milli komandası AVRO-2020 seçmə mərhələsində növbəti oyununu keçirəcək.

"Report" xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv "Bakcell Arena"da Macarıstan yığmasını qəbul edəcək. Qarşılaşmanı Kevin Blomun başçılıq etdiyi hollandiyalı hakimlər briqadası idarə edəcək.

Bu milli komandanın E qrupunda ikinci, macarların isə üçüncü oyunu olacaq. Qonaqlar ilk matçda səfərdə Slovakiyaya 0:2 hesabı ilə uduzub. Növbəti oyununda isə Marko Rossinin baş məşqçilik etdiyi kollektiv evdə gözlənilmədən Xorvatiyaya qalib gəlib - 2:1. Nikola Yurçeviçin komandası isə ilk qarşılaşmada Zaqrebdə Xorvatiyaya məğlub olub - 1:2.

Yığmanın heyətində Eddi İsrafilov komandaya dəvət olunsa da, zədə səbəbindən qarşılaşmada iştirak etməyəcək. Macarıstanda isə Tamaş Kadar, Barnabaş Bese, Donat Joter zədəlidir.

Qrupun digər matçında Xorvatiya Uelsi qəbul edəcək. Azərbaycan millisi bu oyundan 3 gün sonra Slovakiyanı, Macarıstan isə Uelsi qəbul edəcək.

AVRO-2020, Seçmə mərhələ, III tur

8 iyun

20:00. Azərbaycan - Macarıstan

Baş hakim: Kevin Blom Baş hakimin köməkçiləri: Bas van Dongen, Johan Balder Dördüncü hakim: Serdar Gözübüyük (hamısı Hollandiya)

"Bakcell Arena"

Son xəbərlər

Orphus sistemi