Azərbaycan - Malta oyununun hakimləri müəyyənləşib

Azərbaycan - Malta oyununun hakimləri müəyyənləşib Qadınlardan ibarət Azərbaycan milli komandasının evdə Malta ilə keçirəcəyi dünya çempionatının seçmə oyunu üçün təyinatlar açıqlanıb.
Futbol
15 Oktyabr , 2021 10:06
Azərbaycan - Malta oyununun hakimləri müəyyənləşib

Qadınlardan ibarət Azərbaycan milli komandasının evdə Malta ilə keçirəcəyi dünya çempionatının seçmə oyunu üçün təyinatlar açıqlanıb.

"Report"un AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, qarşılaşma Macarıstandan olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Reka Molnara Katalin Török və Noemi Hegedus-Barat yan xətt, Reka Boqnar isə dördüncü hakim qismində yardımçı olacaq.

Qeyd edək ki, oktyabrın 26-da "ASK Arena"da keçiriləcək Azərbaycan – Malta qarşılaşması saat 18:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi