Azərbaycan-Malta oyunu yenə eyni hesabla başa çatıb - YENİLƏNİB-4 - FOTO

Azərbaycan-Malta oyunu yenə eyni hesabla başa çatıb - YENİLƏNİB-4 - FOTO Bakı. 14 oktyabr. REPORT.AZ/ Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan-Malta oyunu 1:1 hesablı bərabəliklə başa çatıb.
Futbol
1479
14 Oktyabr , 2018 21:55
Azərbaycan-Malta oyunu yenə eyni hesabla başa çatıb - YENİLƏNİB-4 - FOTO
Report/Firi Salim

Bakı. 14 oktyabr. REPORT.AZ/ Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan-Malta oyunu 1:1 hesablı bərabəliklə başa çatıb.

"Report"un məlumatına görə, qarşılaşmanın 37-ci dəqiqəsində Maltanın 11 nömrəli oyunçusu Rouen Muskat komandasını hesabda irəli çıxarıb. Oyunun 53-cü dəqiqəsində Azərbaycan yığmasının 7 nömrəli oyunçusu Araz Abdullayev komandamızın bərrabərlik qolunu vurub: 1:1. Qarşılaşma bu hesabla da başa çatıb.

Qeyd edək ki, oyunu Xorvatiyadan olan hakimlər briqadası idarə edib.


***21:13

Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan-Malta oyununda hesab bərabərləşib.

"Report" xəbər verir ki, qarşılaşmanın 53-cü dəqiqəsində Azərbaycan yığmasının 7 nömrəli oyunçusu Araz Abdullayev komandamızın bərrabərlik qolunu vurub: 1:1.


***21:05

Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan-Malta oyununun ikinci hissəsi başlayıb

"Report" xəbər verir ki, qarşılaşmanın birinci hissəsinin 37-ci dəqiqəsində Maltanın 11 nömrəli oyunçusu Rouen Muskat komandasını hesabda irəli çıxarıb. 

İlk hissə Azərbaycan yığmasının hücumları ilə yadda qalsa da, bu hesabla da başa çatıb. 

Oyunu Xorvatiyadan olan hakimlər briqadası idarə edir. Matçın baş hakimi İvan Bebek, onun köməkçiləri isə Tomislav Petroviç və Miro Qrqiçdir. Dördüncü hakim funksiyasını Qoran Pataki yerinə yetirir.


***20:48

Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan-Malta oyununun birinci hissəsi qonaqların minimal hesablı üstünlüyü ilə başa çatıb.

"Report"un məlumatına görə, qarşılaşmanın 37-ci dəqiqəsində Maltanın 11 nömrəli oyunçusu Rouen Muskat komandasını hesabda irəli çıxarıb. 

Azərbaycan millisi bir neçə dəfə hesabı bərabərləşdirmək imkanı əldə etsə də, futbolçularımız rəqib qapısına yol tapa bilməyiblər. 


***20:39

Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan-Malta oyununda hesab açılıb.

"Report" xəbər verir ki, qarşılaşmanın 37-ci dəqiqəsində Maltanın 11 nömrəli oyunçusu Rouen Muskat komandasını hesabda irəli çıxarıb: Azərbaycan - Malta - 0:1   


***20:21

Futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.

"Report" xəbər verir ki, D liqasının 3-cü qrupunda yer alan millimiz Bakı Olimpiya Stadionunda Malta yığmasını qəbul edir.

Komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxıblar:

Azərbaycan: 1. Kamran Ağayev (k.), 2. Qara Qarayev, 4. Pavlo Paşayev, 5. Maksim Medvedev, 7. Araz Abdullayev, 13. Dmitri Nazarov, 16. Rüfət Dadaşov, 17. Mahir Mədətov, 19. Rahil Məmmədov, 20. Riçard Almeyda, 22. Bədavi Hüseynov.

Malta: 1. Endryu Hoqq, 3. Jozef Zerafa, 4. Stiv Borq, 5. Andrey Acus, 8. Pol Fenek, Jozef Mbonq, 10. Andre Şembri (k), 11. Rouen Muskat, 15. Xuan Korbalan 17. Rayab Kamilleri, 19. Alfred Effionq.

Oyunu Xorvatiyadan olan hakimlər briqadası idarə edir. Matçın baş hakimi İvan Bebek, onun köməkçiləri isə Tomislav Petroviç və Miro Qrqiçdir. Dördüncü hakim funksiyasını Qoran Pataki yerinə yetirir.

Son xəbərlər

Orphus sistemi