Azərbaycan - Malta matçının biletləri satışa çıxarılıb

Azərbaycan - Malta matçının biletləri satışa çıxarılıb Ən ucuz bilet 2 manatadır
Futbol
2 Mart , 2015 13:43
Azərbaycan - Malta matçının biletləri satışa çıxarılıb

Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycan və Maltanın futbol üzrə milli komandaları arasında martın 28-də keçiriləcək AVRO-2016-nın seçmə qrup matçının biletləri satışa çıxarılıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna ən ucuz bilet 2 manata, ən bahalısı isə 20 manatadır. 

Kateqoriyalardan asılı olaraq, 4 manata və 6 manata da bilet əldə etmək olar. Biletləri Respublika stadionu və "Bakcell Arena"nın kassalarında, həmçinin Üzeyir Hacıbəyli küçəsi 48 ünvanında yerləşən "Bakcell" Müştəri Xidmətləri mərkəzindən əldə etmək mümkündür. 

Qeyd edək ki, Azərbaycan - Malta matçı saat 21:00-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi