Azərbaycan Kubokunun daha bir yarımfinalçısı müəyyənləşib

Azərbaycan Kubokunun daha bir yarımfinalçısı müəyyənləşib "Qarabağ" adını növbəti mərhələyə yazdırıb
Futbol
21 Dekabr , 2016 16:57
Azərbaycan Kubokunun daha bir yarımfinalçısı müəyyənləşib

Bakı. 21 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı müəyyənləşib. 

"Report"un məlumatına görə, 1/4 final səddini "Qarabağ" klubu da adlayıb.

"Sumqayıt"a ilk oyunda 6:0 hesabı ilə qalib gələn Qurban Qurbanovun rəhbərlik etdiyi komanda cavab görüşündə 5:2 hesablı qələbəyə sevinib. İki oyunun nəticəsinə əsasən "Qarabağ" adını yarımfinala yazdırıb.

Qalib komandadan Namiq Ələsgərov 8, 16 və 82-ci dəqiqələrdə vurduğu qollarla "het-trik" edib. Bundan başqa Vüqar Nadirov 70-ci, Rahid Əmirquliyev isə 89-cu dəqiqədə fərqlənib. Meydan sahiblərindən isə hər iki qolu 14 və 80-ci dəqiqələrdə Amil Yunanov vurub.

"Qarabağ"ın yarımfinaldakı rəqibi "Zirə" - "Neftçi" cütlüyüünün qalibi olacaq.

Son xəbərlər

Orphus sistemi