Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib

Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib "Sumqayıt", "İnter", AZAL və "Neftçi" artıq 1/4 final mərhələsinə çıxıblar
Futbol
3 Dekabr , 2016 19:08
Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib

Bakı. 3 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub.

"Report"un məlumatına görə, 1/4 final mərhələsinin son 4 iştirakçısı müəyyənləşib.

"Kəpəz"lə "Qarabağ" rəqibləri üzərində böyük hesabla qalib gəlib. Tovuzdakı matç gərgin mübarizə şəraitində keçib və "Zirə" sona yaxın qələbə topunu vura bilib. Qəbələdə isə az qala sensasiya qeydə alınacaqdı. Ancaq "Qəbələ" oyunsonrası penaltilərdə qalib gələrək buna imkan verməyib.

3 dekabr (şənbə)

13:00. "Turan Tovuz” – "Zirə” - 0:1

Qol: Aleksandr Şemonayev, 80

"Turan Tovuz”: 12. Natiq Səhrətov (k) 14. Nodar Məmmədov 18. Orxan Lalayev 3. Əlimirzə Daşzərini 2. Sənan Qocayev 5. Azər Məmmədov 4. Səbayıl Bağırov 17. Rəhman Musayev 30. Vüqar Asəliyev 7. Elmin Çobanov 8. Aqşin Muxtaroğlu

Ehtiyat oyunçular: 1. Mehman Hacıyev 9. İlkin Sadıqov 6. Emin Mirzəliyev 11. İlkin Rzayev 22. Tuqay Alhüseynli 20. Elnur Soltanlı 15. Seymur Tağıyev

Baş məşqçi: Əsgər Abdullayev

"Zirə”: 85. Kamal Bayramov 18. Tural Cəlilov 23. Yovan Krneta 44. Migel Lorenso 28. Təmkin Xəlilzadə 6. Vüqar Mustafayev 8. Milan Duriç 10. Elvin Məmmədov (k) 19. Nurlan Novruzov 92. Cavid Tağıyev 7. Gerhard Proqni

Ehtiyat oyunçular: 1. Anar Nəzirov 13. Aleksandr Şemonayev 17. Vüsal İsgəndərli 21. Murad Səttarlı 96. Elgün Nəbiyev 55. Cəmil Hacıyev38. İlkin Muradov

Baş məşqçi: Adil Şükürov

Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Yaşar Abbasov, Ramiz Məhərrəmov

AFFA nümayəndəsi: Eldar Qasımov

Hakim-inspektor: Füzuli Nəcəfov

Tovuz. Şəhər stadionu

13:00. "Şahdağ” – "Kəpəz” - 1:5

Qollar: Haqverdi Həsənov, 78 - Orxan Əliyev, 10. Şəhriyar Rəhimov, 12. Tural Qürbətov, 31. Tural Rzayev, 51. Ceyhun cavadov, 87

"Şahdağ”: 16. Adil Əliməmmədov 3. Elnur Şiriyev 15. Firudin Ağalarov 9. Arsen Korçayev 6. Maqomedsaid Maqomedov 12. Haqverdi Həsənov 10. Elmar Yəhyabəyov (k) 21. Kamil Nurəhmədov 22. Habil Nurəhmədov 17. Elmin İsmayılzadə 9. Ramil Mansurov

Ehtiyat oyunçular: 26. Seymur Aşurbəyov 18. Nəbi Nəbizadə 19. Elçin Sədullayev 4. Osman Osmanov 11. Kamran Nurəhmədov

Məşqçi: Mehman Rəcəbov

"Kəpəz”: 1. Eyyub Əliyev 23. Tural Nərimanov 7. Vüqar Bəybalayev 13. Şəhriyar Rəhimov 21. Novruz Məmmədov 6. Ceyhun Cavadov 5. Kərim Diniyev 19. Orxan Əliyev 17. Nicat Qurbanov 80. Tural Rzayev 9. Tural Qürbətov

Ehtiyat oyunçular: 30. Davud Kərimi 18. Tural Axundov 77. Serjio Kosta 90. Julien Ebah 99. Əli Səmədov 4. Qaraxan Əliyev 14. Fərid Məmmədov

Baş məşqçi: Şahin Diniyev

Hakimlər: Rəvan Həmzəzadə, Mübariz Haşımov, Habil Əliyev, Qorxmaz Eldarov

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Hakim-inspektor: Əhmədağa Cabbarov

Bakı. "Bayıl Arena” stadionu

15:00. "Qəbələ” – "Zaqatala” - 2:2 (matçsonrası penaltilərdə - 4:1)

Qol: Vojislav Stankoviç, 13. Rəşad Eyubov, 45+1 - Sərxan Abdullayev, 32. Oruc Balaşlı, 64

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Vüsal Qənbərov, Xəlil Xəlilov

AFFA nümayəndəsi: Nüvər Xasıyev

Hakim-inspektor: Vüsal Əliyev

Qəbələ. Şəhər stadionu

"Qəbələ”: 33. David Pietrzkeviç 3. Voislav Stankoviç 7. Nika Kvekveskiri 10. Ruslan Qurbanov 14. Cavid Hüseynov (k) 27. Teo Uiks 30. Petar Franyiç 32. Rəşad Eyubov 34. Urfan Abbasov 44. Rafael Santos 88. Tellur Mütəllimov

Ehtiyat oyunçular: 22. Dmitri Bezotosnı 4. Elvin Camalov 11. Asif Məmmədov 15. Vitali Vernidub 19. Filip Ozobiç 21. Roman Hüseynov 70. Fərid Nəbiyev

Baş məşqçi: Roman Qriqorçuk

"Zaqatala”: 1. Amil Ağacanov 4. Kənan Müslümov 3. Roini İsmayılov 18. Elçin Süleymanov 16. Ruslan Tağızadə 5. Vadim Abdullayev 8. Hacı Əhmədov (k) 2. Sərxan Abdullayev 19. Cavad Kazımov 10. Arzuman Nəsibov 25. Oruc Balaşlı

Ehtiyat oyunçular: 12. Rəşad Əhmədov 17. Rüstəm Məmmədov 14. Elmir Sulxayev 11. Yusif Dilanov 6. Məhəmməd Babazadə 13. Rəhman Şabanov 9. Osman Qurbanov

Baş məşqçi: Şaban Şirdanov

17:00. "Qarabağ” – "Səbail” - 5:0

Qol: Dino Ndlovu, 21, 53 Dina Kintana, 33, Migel Madera, 55, Coşqun Diniyev, 81

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Kərim Kərimov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Hakim-inspektor: Şaiq Həmidov

Bakı. "Azərsun Arena” stadionu (CBC Sport, canlı)

"Qarabağ”: 12. Şahrudin Məhəmmədəliyev 2. Qara Qarayev 5. Maksim Medvedev (k) 6. Dino Ndlovu 8. Markos Madera 10. Muarem Muarem 15. Rahid Əmirquliyev 21. Arif Daşdəmirov 18. İlqar Qurbanov 32. Elvin Yunuszadə 99. Dani Kintana

Ehtiyat oyunçular: 64. Emil Balayev 11. Mahir Mədətov 17. Namiq Ələsgərov 22. Əfran İsmayılov 23. Elgün Uluxanov 55. Bədavi Hüseynov 91. Coşqun Diniyev

Baş məşqçi: Qurban Qurbanov

"Səbail”:13. Əli Həsənli 4. Ruslan Cəfərov 5. Taleh Babayev 7. Orxan Səfiyaroğlu 9. Elvin Adışirinli 10. Fərid Səmədzadə 11. Bəxtiyar Məsiməliyev 14. Anar Babayev 17. Ramazan Abbasov (k) 21. Xəyal Quliyev 77. Təyyar Məmmədov

Ehtiyat oyunçular: 25. Nurlan Quluzadə 8. Kənan Manafov 22. Fərman Qənbərov 42. Fərid Əsədov 48. Rəsul Babazadə 91. Bayram Budaqov 97. Vüsal Əliyev

Baş məşqçi: Elman Sultanov

Qeyd edək ki, "Sumqayıt", "İnter", AZAL və "Neftçi" artıq 1/4 final mərhələsinə çıxıblar.

Son xəbərlər

Orphus sistemi