Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilib - VİDEO

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilib - VİDEO "Qarabağ", "Qəbələ", "Xəzər Lənkəran" və "Rəvan"qələbə qazanıb
Futbol
2 Mart , 2016 23:11
Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilib - VİDEO

Bakı. 2 mart. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

"Report"un məlumatına görə, ilk olaraq "Xəzər Lənkəran" doğma azarkeşlər önündə əzəli rəqibi "Neftçi"ni qəbul edib.

Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün ikinci oyununda "Qarabağ" və "Sumqayıt" komandaları qarşılaşıb. Qurban Qurbanovun yetirmələri Riçard Almeyda və Mahir Mədətovun qolları ilə qələbə qazanıb. Növbəti oyunda "Zirə" "Qəbələ"ni qəbul edib. Görüş "qırmızı qaralar"ın qələbəsi ilə yekunlaşıb - 1:2.

Günün son oyununda "Rəvan" və "İnter" komandaları münasibətlərinə aydınlıq gətirib. Qarşılaşmanın ilk hissəsində qol vurulmayıb. İkinci hissədə azarkeşlər 3 qola şahidlik edib. Əvvəlcə "İnter"in heyətində Meza Kolli, ardından "Rəvan"da Nuran Qurbanov və Ramazan Abbasov fərqlənib. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, cavab görüşləri martın 9-da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi