Azərbaycan Kuboku: "Zirə" səfərdə "Keşlə"yə qalib gəldi
Futbol
- 21 aprel, 2021
- 16:24
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilib.
"Report"un məlumatına görə, günün ilk matçında "Keşlə" "Zirə"ni qəbul edib.
Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə hesabı "Keşlə" açıb. 45+2-ci dəqiqədə Sadio Tounkara fərqlənib.
Birinci hissə bu hesabla başa çatıb. İkinci yarıya qonaqlar daha fəal başlayıb. "Zirə"nin heyətində Rodriqo Bonqonqui 57-ci dəqiqədə tarazlığı bərpa edib. 5 dəqiqə sonra isə Nemanya Ancelkoviç komandasını önə keçirib.
Qeyd edək ki, günün digər matçında "Sumqayıt" "Qarabağ"ı qəbul edəcək. Cavab qarşılaşmaları aprelin 29-da olacaq.
Azərbaycan Kuboku: "Zirə" səfərdə "Keşlə"yə qalib gəldi
Son xəbərlər
15:11
Azərbaycan cüdoçuları Düşənbədə Qran-pri turnirində iştirak edəcəklər
Fərdi
15:09
"L'Opinione": Bakı forumu mədəniyyətlərarası dialoqun aparıcı platformalarından birinə çevriləcək
Mədəniyyət siyasəti
15:03
Makron: Qətərdən Fransaya qaz tədarükü təmin edilib
Energetika
14:59
Energetika Nazirliyinə 9 ayda 12 600-dən çox vətəndaş müraciət edib
Energetika
14:58
Bakıda üç metro stansiyası ətrafında nəqliyyat sıxlığını azaldacaq yeni yol: İşlər nə yerdədir?
Sosial müdafiə
14:50
"Çampi" qasırğası Filippinə yaxınlaşır
Digər ölkələr
14:47
Kobaxidze: Rusiya ilə diplomatik münasibətlərin bərpasına maneələr qalır
Region
14:45
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb
Daxili siyasət
14:43
Foto
Azərbaycan kamandan oxatma millisi İraqdakı yarışda iştirak edəcək
Fərdi