Bu gün "Qarabağ" və "Neftçi" futbol üzrə Azərbaycan Kubokunda mübarizəyə başlayır.
"Report"un məlumatına görə, Ağdam təmsilçisi 1/8 final mərhələsində I Liqa klubu "Qəbələ"ni, "ağ-qaralar" isə "Difai"ni sınağa çəkəcək.
Bu raundda “Kəpəz” – “İmişli”, “Zirə” – “Şamaxı” və “Sumqayıt” – MOİK oyunları da təşkil ediləcək.
Azərbaycan Kuboku
1/8 final
4 dekabr
16:00. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Rauf Cabarov, Rəhman İmami, Kərim Zeynalov, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Munis Abdullayev.
Qəbələ şəhər stadionu
16:00. “Kəpəz” – “İmişli”
Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Zöhrab Abbasov, Ruslan Quliyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Namik Hüseynov.
Hakim-inspektor: Əmrah İbrahimov.
Tovuz şəhər stadionu
18:00. “Neftçi” – “Difai”
Hakimlər: Elvin Bayramov, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Namiq Bəkirov.
Hakim-inspektor: Ramil Diniyev.
"Neftçi Arena"
19:00. “Zirə” – “Şamaxı”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Cavid Cəlilov.
VAR: Fərid Hacıyev.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: İmanxan Sultani.
Zirə İdman Kompleksinin stadionu
19:00. “Sumqayıt” – MOİK
Hakimlər: Rauf Allahverdiyev, Asiman Əzizli, Teymur Teymurov, Kamran Əliyev.
Hakim-inspektor: Gülağa Cabarov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Qeyd edək ki, ötən gün "Səbail", "Araz-Naxçıvan" və "Sabah" 1/4 finala vəsiqə qazanıblar.