Azərbaycan Kuboku: "Qarabağ" səfərdə "Qəbələ"yə qalib gəlib

Azərbaycan Kuboku: "Qarabağ" səfərdə "Qəbələ"yə qalib gəlib Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilib.
Futbol
20 Aprel , 2022 19:21
Azərbaycan Kuboku: Qarabağ səfərdə Qəbələyə qalib gəlib

Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilib.

"Report"un məlumatına görə, günün ilk matçı Qəbələdə baş tutub.

Şəhərin eyniadlı komandası "Qarabağ"ı qəbul edib. Qəbələ şəhər stadionundakı qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Meydan sahiblərinin heyətində 5-ci dəqiqədə Asif Məmmədov hesabı açıb. 16-cı dəqiqədə İsmayıl İbrahimli bərabərlik qolunu vurub. 87-ci dəqiqədə İbrahima Vadji Ağdam təmsilçisini önə keçirib. 90+3-cü dəqiqədə isə Kadi Borges penaltidən fərqlənib.

Komandalar arasındakı cavab qarşılaşması aprelin 29-da "Azersun Arena"da olacaq.

Qeyd edək ki, günün digər oyununda "Zirə" "Neftçi"ni qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi