Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha 2 oyunu keçiriləcək.
"Report"un məlumatına görə, günün ilk matçında titulun son sahibi "Keşlə" "Qaradağ Lökbatan"ı qəbul edəcək. Komandalar ölkə kubokunda ikinci dəfə üz-üzə gələcəklər. 2016/2017 mövsümündə "Keşlə" rəqibini eyni raundda 5:1 hesabı ilə yenib.
1/8 final mərhələsi "Sabah" - "Kəpəz" qarşılaşması ilə başa çatacaq. Ötən mövsüm Gəncə təmsilçisi paytaxt klubunu minimal fərqlə yenib - 2:1.
Azərbaycan Kuboku, 1/8 final mərhələsi
11 dekabr (şənbə)
15:00. “Keşlə” – “Qaradağ Lökbatan”
Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusifov, Müslüm Əliyev, Elçin Məsiyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
“ASK Arena”
18:00. “Sabah” – “Kəpəz”
Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Vüsal Məmmədov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Asif Əliyev
“Bank Respublika Arena”
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyun günündə "Səbail" səfərdə "Zaqatala"nı 3:1, "Qəbələ" isə MOİK-i 2:1 hesabı ilə məğlub edib.