Azərbaycan Kuboku: Cavab oyunları FIFA referilərinə tapşırıldı

Azərbaycan Kuboku: Cavab oyunları FIFA referilərinə tapşırıldı “Zirə” – “Keşlə” görüşü isə digər FIFA referisi Elçin Məsiyevə tapşırılıb
Futbol
28 Aprel , 2021 15:43
Azərbaycan Kuboku: Cavab oyunları FIFA referilərinə tapşırıldı
Əliyar Ağayev

Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunları üçün bütün təyinatlar müəyyənləşib.

"Report" xəbər verir ki, “Qarabağ” – “Sumqayıt” matçı FIFA referisi Əliyar Ağayevə, “Zirə” – “Keşlə” görüşü isə digər beynəlxalq dərəcəli baş hakim Elçin Məsiyevə tapşırılıb.

29 aprel (cümə axşamı)

17:00. “Qarabağ” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Asif Əliyev
Tofiq Bəhramov adına Respublika Stadionu

İlk oyun - 0:0

20:00. “Zirə” – “Keşlə”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Müslüm Əliyev, Rəşad Əhmədov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli
Zirə İdman Kompleksinin stadionu

İlk oyun - 2:1

Son xəbərlər

Orphus sistemi