Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
"Report"un məlumatına görə, günün ilk matçında "Zirə" "Səbail"i qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşma saat 17:00-da başlayacaq. Görüşü Kamal Umudlu idarə edəcək.
Komandaların indiyədək ölkə kubokunda yolları 2 dəfə kəsişib. Hər iki dueldə mərhələni "qartallar" adlayıb. "Dənizçilər" isə qələbə qazana bilməyib. 4 oyununda 3-ü "Zirə"nin xeyrinə başa çatıbsa, 1 görüşdə qalib müəyyənləşməyib. Topların fərqində də Rəşad Sadıqovun baş məşqçi olduğu kollektivin üstünlüyü var - 5:2.
Günün son oyunu ötən mövsümün finalçısı "Sumqayıt"la "Qəbələ" arasında olacaq. "Kapital Bank Arena"dakı qarşılaşma saat 19:15-də start götürəcək. Matçın baş hakimi FIFA referisi Rauf Cabbarov olacaq.
Azərbaycan Kubokunda indiyədək yalnız bir dəfə üz-üzə gələn rəqiblər 2018/2019 mövsümündə finalda görüşüb. Həmin matçda “Qəbələ” bir qolla qalib gəlib.
Azərbaycan Kuboku
1/4 final, ilk oyunlar
2 fevral (çərşənbə)
17:00. "Zirə" – "Səbail"
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Nicat İsmayıllı
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Zirə İdman Kompleksinin stadionu.
19:15. "Sumqayıt" – "Qəbələ"
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Nahid Əliyev, Fərid Hacıyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
"Kapital Bank Arena".
Qeyd edək ki, 1/4 finalın ilk oyun günündə "Qarabağ" evdə "Keşlə"yə 1:0 hesabı ilə qalib gəib, "Neftçi" isə "Sabah"la heç-heçə edib - 1:1.