Azərbaycan klubu sosial məsafəni pozduğu üçün cərimələndi

Azərbaycan klubu sosial məsafəni pozduğu üçün cərimələndi Bundan başqa, təcili yardım maşını stadiona gələrkən gecikib
Futbol
30 Mart , 2021 17:55
Azərbaycan klubu sosial məsafəni pozduğu üçün cərimələndi

AFFA İntizam Komitəsi I Divizionda çıxış edən "Zaqatala" klubunu 80 manat cərimələyib.

"Report"un məlumatına görə, buna XVIII turun "Turan Tovuz"la səfər oyununda "Zaqatala"nın ehtiyat oyunçularının texniki zonada sosial məsafə qaydalarını pozmaları səbəb olub.

Bundan başqa, təcili yardım maşını stadiona gələrkən gecikib. Bununla əlaqədar meydan sahibi "Turan Tovuz" 160 manat cəriməyə məruz qalıb.

Tovuz komandasında çıxış edən Nurlan Şabanov isə XIII turdan təxirə salınmış "Sumqayıt-2" ilə matç bitdikdən sonra hakimi təhqir edib. Nəticədə birbaşa qırmızı vərəqə alan Şabanov 4 oyunluq cəzalanıb və klubunu 320 manat ziyana salıb.

"Qaradağ Lökbatan" isə "Kəpəz"lə səfər matçında klub nümayəndəsinin təyin olunan vaxtda iclasda iştirak etməməsi üzündən 80 manat cərimələnib.

Son xəbərlər

Orphus sistemi